Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2022 16:20
Xalq artisti Mübariz Tağıyev ilk dəfə toylara getməməyinin səbəbini açıqlayıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "10-da görüşək" proqramında danışıb. O bildirib ki, illər əvvəl buna görə Qurana əl basıb and içib:
"Rəşid Behbudovun müəyyən istəyi var idi: dedi, ya o, ya bu. Dedim, yaxşı. Gətirdi stolun üstünə Quran qoydu, dedi, əlini qoy onun üstünə, bir qorxu budur. O vaxtlar toylara gedənləri flarmoniyanın qapısından buraxmazdılar. Həmin vaxtdan toy məsələsi bitdi".