Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2019 10:15
Bakı. Trend:
Zərdabda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Zərdab rayonunun Yarməmmədbağı kəndində ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyü və içərisinə yığılan 5 ton ot bağlamasının 2 tonu yanıb.
Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin