Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mətanətin keçmiş gəlininin evindən oğurluq edildi - Anbaan VİDEO

Mətanətin keçmiş gəlininin evindən oğurluq edildi - Anbaan VİDEO

Tarix: 16 Iyul 2022 09:30

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canananın evində oğurluq hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında məlumat paylaşıb.
Hazırda səhhəti ilə əlaqədar Moskvada olan Canana, Bakıda kirayədə qaldığı evdən televizor oğurlandığını bildirib. 

Canana oğurluq hadisənin baş verdiyi anların görüntülərini sosial şəbəkə hesabında paylaşaraq cinayyətkarın tutulması üçün yardım istəyib.

"Bu oğrunu hamı tanısın. Vicdansız! İnşallah tutular. Evi bu gün köməkçim təhvil verməli idi. O, evə daxil olduqda görür ki, televizor yoxdur. Oğru açarı dükandan götürərək evə girib", - deyə Canana bildirib.

Milli.Az


Etiketlər:  Mətanətin keçmiş gəlininin evindən oğurluq edildi Anbaan VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ