Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dodondan ŞOK PROQNOZ: "Ölkəni xaos və çöküş gözləyir"

Dodondan ŞOK PROQNOZ:

Tarix: 16 Iyul 2022 19:33

Moldovanın keçmiş prezidenti İqor Dodon "Rossiya 24" telekanalına müsahibəsində ölkəsinin Avropa Birliyinə üzv olacağı təqdirdə onu nələrin gözlədiyini açıqlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, Moldovanın neytral qalmalısının və bütün qonşuları ilə yaxşı münasibətlər saxlamasının vacibliyini vurğulayıb.

"Moldova bir ölkə kimi o halda yaşaya bilər ki, hamı ilə və ilk növbədə Rusiya ilə yaxşı münasibətləri olsun", - Dodon bildirib.

O hesab edir ki, Moldovanın özündə Avropa İttifaqına daxil olmaq məsələsində birlik yoxdur və Pridnestrovie və Qaqauz muxtariyyəti ondan ayrılacaq.

"Təsəvvür edək ki, hələ də Aİ-yə daxil olmaq mümkün olacaq. Pridnestrovie olmadan mütləq olacaq - buna getməyəcək. Mütləq cənubsuz olacaq - Qaqauziya buna razı olmayacaqlarını bildirib. Bizdə tam xaos və bütün ölkədə sabitliyin pozulması olacaq, ərazilərimizin bir hissəsini itirəcəyik", - dodon deyib.

Milli.Az


Etiketlər:  Dodondan ŞOK PROQNOZ Ölkəni xaos çöküş gözləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ