Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2022 08:24
Üzüm yarpağının tərkibində C, E, A, B6 vitaminləri və çoxlu minerallar var. 5 tənək yarpağında 14 kkalori vardır. Üzüm yarpaqlarından qədim zamanlardan müalicə məqsədilə istifadə edilib.
Üzüm yarpağı dəmələməsinin ishal, ginekoloji qanaxmalar, irininli vaginal axıntılar zamanı faydası böyükdür. Bu dəmləmə damar divarını möhkəmləndirir, varikoz genəlmələr və ayaq damarlarında durğunluğu aradan qaldırır. Üzüm yarpağı qaynadılıb 1 ay müddətində içilərsə alkohol qəbulunu kəsir. Bu müalicə üsulu alkoholdan zərər görmüş orqanizmi təmizləyir, alkohol zəhərlənmələrini aradan qaldırır. Üzüm yarpağı aşağıdakı kimi, dəmlənir.
10-12 üzüm yarpağının üzərinə 200 ml isti su tökülür və 5-7 dəqiqə qaynadılır, ilıq halda içilir. Dəmləmənin orqanizmə bir-çox faydaları vardır:
- damarları möhkəmləndirir və damar keçiriciliyini tənzimləyir
- ağciyər xərçənginin inkişafını ləngidir
- üz dərisini cavanlaşdırır
- ishalı kəsir
- qanaxmaları azaldır
- ayaqlardakı ödəmi aradan qaldırır
-alkohol zəhərlənmələrini aradan qaldırır
- insanı spirtli içkidən diksindirir.