Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2022 15:08
ABŞ Prezidenti Cozef Bayden 13-16 iyul tarixlərində regiona səfəri zamanı sabit enerji təchizatının təmin edilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün Yaxın Şərq liderləri ilə görüşüb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Amerika liderinin səfərinin yekunlarına dair yaydığı bəyanatda deyilir.
Sənəddə qeyd edildiyi kimi, Bayden Yaxın Şərq ölkələrinin liderləri ilə dünyada enerji sahəsində qeyri-sabitliklə bağlı mövcud problemlərin həllinin vacibliyindən danışıb.
Bundan əlavə, tərəflər 2022 və 2023-cü illərdə istehsalçı ölkələrdən sabit təchizatı təmin etməklə, o cümlədən emal gücünə investisiyaları artırmaqla artan enerji xərclərinə cavab verməyi müzakirə ediblər.
"Prezident Bayden OPEC+-un iyul və avqust aylarında tədarük artımı ilə bağlı son açıqlamasını alqışlayıb. ABŞ lideri, ölkədə rekord hasilatın fonunda bazar şərtlərindən və təhlillərdən asılı olaraq, qarşıdakı aylarda əlavə tədarük artımını gözləyir", - deyə məlumatda bildirilir.