Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya 50.000 əsgərini itirib

Rusiya 50.000 əsgərini itirib

Tarix: 17 Iyul 2022 22:48

Böyük Britaniya ordusunun hesablamalarına görə, Rusiya qurudan hücum qabiliyyətinin 30%-dən çoxunu itirib və bu, Ukrayna silahlı qüvvələrinin mənsublarına müharibədə qalib gələcəklərinə mütləq inam verir.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Qəzet Britaniya Qərargah rəisləri komitəsinin rəhbəri admiral Toni Radakin də eyni fikirdə olduğunu bildirib.

"Ukrayna ordusu işğal olunmuş bütün ərazilərini geri qaytarmağı planlaşdırır. Onlar yerüstü döyüş qabiliyyətinin 30%-dən çoxunu itirmiş Rusiyanın başının bəlada olduğunu görürlər",-deyə o söyləyib.

Britaniyalı generalın fikrincə, müharibədə 50 min rus əsgərinin həlak olması və ya yaralanması, 1700-ə yaxın rus tankının, 4000 zirehli döyüş maşınının itirilməsi bunu sübut edir.

"Rusiya bu işğala bütün Ukraynanı ələ keçirmək ambisiyaları ilə başladı, çünki onların bir ay ərzində böyük şəhərləri ələ keçirmək ambisiyaları var idi. Kreml bununla NATO-ya təzyiq etmək və dünya nizamına meydan oxumağı planlaşdırırdı. İndi döyüş əməliyyatlarında uğursuzluğa düçar olan Moskva fevralın əvvəlində olduğundan daha az əzəmətli görünür", - deyə o qeyd edib.


Etiketlər:  Rusiya 50000 əsgərini itirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ