Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxsə 29 sutka verildi

Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxsə 29 sutka verildi

Tarix: 23 Sentyabr 2019 12:48

Bakı. Trend:

Sosial şəbəkələrdə bir nəfərin narkotikdən istifadənin açıq təbliğ etməsini əks etdirən videogörüntü yayılıb.
Məsələ ictimai rezonans doğurduğundan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nəticədə narkotiki təbliğ edənin Rafiq Qulizadə olması müəyyən edilib və saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı 0, 335 qram marixuana aşkar edilib.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. O, Məhkəmənin qərarı ilə 29 sutka müddətində inzibati qaydada həbs edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxsə sutka verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ