Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2022 17:54
Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanovun vəzifədən qovulması gözlənilən idi.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri ukraynalı politoloq Vladimir Fesenko deyib.
"Bakanovla hər şey aydındır. Hər şey buna doğru gedirdi. Zelenski kifayət qədər radikal kadr qərarlarına meyillidir. Bu, böyük sensasiya deyil. Lakin eyni zamanda UTX və Baş prokurorun vəzifədən azad edilməsi başlıca xəbərdir", - deyə o bildirib.
Qeyd edək ki, ötən gün Zelenski UTX rəhbəri və Baş prokuroru vəzifəsindən azad edib. Azad edilən UTX rəhbəri Bakanovun Zelenskinin köhnə dostlarından olduğu bildirilir.