Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dadaşovanın həyat yoldaşı oğlunun cərimələrindən danışdı - VİDEO

Dadaşovanın həyat yoldaşı oğlunun cərimələrindən danışdı - VİDEO

Tarix: 18 Iyul 2022 20:40

Xəbər verdiyimiz kimi, Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad 3 min manat cəriməsi olduğunu açıqlayıb. 

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu dəfə Cahad atasının onun cərimələrindən danışdığı video yayımlayıb.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev oğluna "Qaydaları pozma, sonra böyük cərimələr yığırsan" sözlərini deyib.

Cahadın "Sənin xəbərin yoxdur" sualına isə Ə.Hacıyev "Xəbərdaram" cavabını verib.

Qeyd edək ki, Cahad paylaşımında "Azadlıqdan məhrum edilməkdən. Buna görə də mənim komendant saatı və karantin qaydalarını pozduğuma görə 3 min manat cəriməm var. Azad olmadan yaşaya bilmərəm. Bu dünyada iki növ quş var: 1. Kimləri qəfəsdə doğulub və uçmağı absurd hesab edir. 2. Bəziləri isə azad doğulub və qəfəsi absurd hesab edir" sözlərini qeyd etmişdi.


Etiketlər:  Dadaşovanın həyat yoldaşı oğlunun cərimələrindən danışdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ