Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"250-yə yaxın xarici muzdlu döyüşçünü məhv etdik" - Konaşenkov

Tarix: 18 Iyul 2022 21:26

Rusiya Ukraynanın Donetsk vilayətində 250-yə yaxın əcnəbi muzdlu döyüşçünün məhv edildiyini açıqlayıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov açıqlama yayıb.

Ukraynanın Donetsk bölgəsində muzdlu döyüşçülərin müvəqqəti yerləşdiyi mərkəzin yüksək dəqiqlikli raketlərlə vurulduğunu bildirən Konaşenkov, "Hücumda 250-yə qədər xarici yaraqlı, 7 zirehli maşın və 12 xüsusi texnika məhv edilib" deyib.

Ukrayna ordusuna məxsus 14 qərargah, 3 sursat və yanacaq çəninin Rusiya hava döyüş taktiki birlikləri, raket və artilleriya bölmələri tərəfindən məhv edildiyini qeyd edən Konaşenkov, 6 pilotsuz uçuş aparatının vurulduğunu bildirib.

Milli.Az


Etiketlər:  250 yaxın xarici muzdlu döyüşçünü məhv etdik Konaşenkov


RƏYLƏR