Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropada dəhşətli istilər səngimir: Ölü sayı min nəfəri keçdi

Avropada dəhşətli istilər səngimir: Ölü sayı min nəfəri keçdi

Tarix: 18 Iyul 2022 22:56

İspaniya və Portuqaliyada isti havaların təsirindən 1027 nəfər həyatını itirib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, havanın temperaturunun 40 dərəcəni keçdiyinə görə ölənlərin sayının artmasından narahat olan səhiyyə işçiləri insanlardan zəruri olmadıqca çölə çıxmamağı xahiş edib.

Elm adamları son bir neçə gündə qeydə alınan yüzlərlə ölümü iqlim dəyişikliyi səbəbindən artan temperaturla əlaqələndirib.

Onlar "səssiz qatil" adlandırdıqları isti dalğasının həssas insanları "vurmağa" davam edəcəyini bildiriblər.

Fransa, Portuqaliya, Yunanıstan və Xorvatiyada meşə yanğınları davam edir.

Meteoroloqlar isti hava dalğasının gələn həftə də davam edəcəyini və Almaniya və Belçika kimi digər Avropa ölkələrinə də təsir edəcəyini açıqlayıblar.


Etiketlər:  Avropada dəhşətli istilər səngimir Ölü sayı nəfəri keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ