Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2022 14:38
Britaniyalı turistin cəsədi, Avropa kurortunda istirahət edənlərin yanında saatlarla qalıb.
Sonxeber.net bildirir ki, bu barədə LBC yazır.
Hadisə şənbə günü, iyulun 16-da Yunanıstanın Krit adasındakı Stalida çimərliyində baş verib. Axşam saatlarında günəş altında hərəkətsiz uzanan 54 yaşlı kişi istirahət edənlərin diqqətini çəkib. Diqqətlə yoxlayandan sonra onlar turistin nəfəs almadığını başa düşüblər - ona süni nəfəs edildi, sonra isə turist Heraklion xəstəxanasına aparıldı.
Tibb müəssisəsində britaniyalının ölümü elan edildi. Britaniya Xarici İşlər Nazirliyi turistin ölümünü təsdiqləyib, lakin hər hansı təfərrüat verməkdən imtina edib.
İrfan Vəliyev