Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2022 18:55
ATV-nin aparıcısı Kamalə Piriyeva həmkarı Zaur Kamalı tənqid edib.
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, bu haqda aparıcı qonaq olduğu "7 özəl" verilişində deyib.
Kəmalə Zaurun aparıcısı olduğu "Həmin Zaur" verilişində Əməkdar artist Xumar Qədimova ilə duetini müzakirə edib. Piriyeva Kamalın ifasını bəyənmədiyini bildirib.
"Zaur yalnız öz verilişində oxuyur. Yəqin elə yalnız öz verilişində də mahnı ifa edəcək. Düşünürəm ki, Zaur bundan sonra ifaçılıq karyerasına başlamayacaq. Onun radio və televiziya aparıcısı kimi səsini eşidirik. Amma ifaçı kimi səsini eşitməyə bilərik".