Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2019 15:04
Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 22-də Los-Ancelesə səfər edərək erməni icmasının keçirdiyi mitinqdə çıxış edib.
Yarım milyonadək erməninin yaşadığı Los- Anceles vilayəti ABŞ-da ermənilərin ən çox yaşadığı yerdir.
Bunu nəzərə alaraq, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə yerli əhalini geniş şəkildə məlumatlandırmaq üçün həmin gün Los- Anceles səmalarına ingilis dilində böyük hərflərlə “Karabakh is Azerbaijan! End the Occupation” (Qarabağ Azərbaycanındır! İşğala Son Qoy!) şüarını daşıyan təyyarələr qaldırılıb. Bütün günü Los-Anceles üzərində dövrə vuran şüar yerli əhali tərəfindən böyük maraqla qarşılanıb.
Bu barədə Trend-ə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin