Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağcabədidə kredit təşkilatına saxta qızıl təqdim edən şəxslər saxlanılıb

Ağcabədidə kredit təşkilatına saxta qızıl təqdim edən şəxslər saxlanılıb

Tarix: 23 Sentyabr 2019 15:18

Bakı. Trend:

Ağcabədidə kredit təşkilatına saxta qızıl təqdim edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 20-də Ağcabədi şəhəri ərazisindəki kredit təşkilatlarından birinə gəlmiş Ağdam rayon sakini E.Xəlilov və Gəncə şəhər sakini S.Əliyev qızıl-zinət əşyalarının müqabilində pul götürmək istədiklərini bildiriblər. Onlar saxta qızıl əşyalarını təqdim edərək pul götürmək istəyərkən Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla S.Əliyevin Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ağcabədidə kredit təşkilatına saxta qızıl təqdim edən şəxslər saxlanılıb


RƏYLƏR