Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2022 04:24
36 yaşlı məşhur amerikalı müğənni və aktrisa Ledi Qaqa psixi problemlərə görə karyerasını bitirmək istədiyini etiraf edib.
Sonxeber.net bildirir ki, bu barədə The Independent xəbər verir.
Sənətçi depressiyaya düşdüyü üçün yaradıcılıq fəaliyyətinə son qoymağa hazır olduğunu deyib: "Vaxt var idi ki, bir daha səhnəyə qayıtmayacağımı düşünürdüm. O qədər kədərləndim ki, ağrılı kabusdan başqa heç nə görmədim".
Müğənni əlavə edib ki, pərəstişkarlarının dəstəyi və sevgisi ona musiqi karyerasını davam etdirməyə kömək edib. Qaqa vurğulayıb ki, hazırda psixi sağlamlıq problemi yaşamır. "Mən kabusumu sevgi, dəstək, inam, həqiqət, cəsarət, istedad və fədakarlıqla dəf etdim. Çox minnətdaram", - deyə müğənni bildirib.
2017-ci ildə sənətçiyə dayaq-hərəkət strukturlarında kəskin ağrılarla müşayiət olunan xroniki xəstəlik olan fibromiyalji diaqnozu qoyulub. Üç il sonra məşhur depressiyadan əziyyət çəkdiyini etiraf etdi.
İrfan Vəliyev