Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2022 15:24
"COVID-19 virusunun yayılması halları yenidən artıb. Çox güman ki, bu hal gedərək daha da kəskinləşəcək".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, hazırda yeni ştammlar da mövcuddur:
"Bu ştammların yeni versiyalarının yayılması insanlarda tədricən yaranan immuniteti rahatlıqla məhv edir. Hətta bu ilin əvvəlində Omicron ştammına yoluxan şəxslər yenidən mutasiyaya uğrayan ştammlara yoluxa bilərlər".