Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Orta məktəblərdə tarix dərslikləri necə hazırlanmalıdır? - VİDEO

Orta məktəblərdə tarix dərslikləri necə hazırlanmalıdır? - VİDEO

Tarix: 20 Iyul 2022 19:38

Orta məktəblərdə tarix dərslikləri necə hazırlanmalıdır?

Aşağı siniflər üçün tarix fənni dərslikləri çətin, yuxarı siniflər üçün isə maraqsızdır.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki,təhsil eksperti, professor Şahlar Əsgərov "Xəbər Ertəsi"nə müsahibəsində belə deyib. Onun sözlərinə görə, orta məktəblərdə hazırki tarix dərsliklərinin fəlsəfəsi və strukturu düzgün deyil.  Bu kitablar sadədən mürəkkəbə doğru və ya bu gündən keçmişə prinsipi əsasında yazılmalıdır.  

Şahlar Əsgərovun fikrincə tarix dərslikləri bir yox, bir neçə müəllif tərəfindən yazılmalıdır. Prosesə isə xüsusi nəzarət olunmalıdır. 

Təhsil eksperti Elşən Qafarov isə deyir ki,  orta məktəb dərslikləri hazırlanarkən yaş psixologiyası nəzərə alınmayıb. 

Ekspertin fikrincə, xüsusilə, milli ideologiyamızla bağlı olduğu üçün tarix dərsliklərinin hazırlanması bir neçə mərhələdən keçməlidir. 

Elşən Qafarov həmçinin bildirir ki, dərsliklərin hazırlanması prosesində aparıcı ölkələrin təcrübəsindən də faydalanmaq mümkündür.


Etiketlər:  Orta məktəblərdə tarix dərslikləri necə hazırlanmalıdır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ