Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Övladını xilas etməyə çalışan ana polisə fəryad etdi: “Aparmayın, qızım xəstədir!” - VİDEO

Övladını xilas etməyə çalışan ana polisə fəryad etdi: “Aparmayın, qızım xəstədir!” - VİDEO

Tarix: 20 Iyul 2022 20:38

İyulun 19-da İranın Tehran şəhərində bir qadın "əxlaq polisi"nin patrul maşınının qarşısını kəsib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, o, qızının həbs edilərək polis idarəsinə aparılmasına mane olmağa çalışıb.

Təqdim edilən videoda "Qızımı aparmayın, qızım xəstədir!", - deyə qadın fəryad edir.

Görüntülərdə "əxlaq polisi" patrul xidmətinin əməkdaşlarının isə qeyri-insani davranaraq maşının qarşısında qadının olmasına məhəl qoymadan hərəkəti davam etdirməsi və sürəti artıraraq onu yoldan kənarlaşdırmağa çalışması əks olunub.


Etiketlər:  Övladını xilas etməyə çalışan polisə fəryad etdi Aparmayın qızım xəstədir VİDEO


RƏYLƏR