Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Conson sonuncu dəfə parlamentdə çıxış etdi: “Hasta la Vista, baby” - VİDEO

Conson sonuncu dəfə parlamentdə çıxış etdi: “Hasta la Vista, baby” - VİDEO

Tarix: 20 Iyul 2022 23:46

Böyük Britaniyanın Baş naziri Boris Conson hakim Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verdikdən sonra sonuncu dəfə parlamentdə çıxış edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Conson çıxışında "Terminator" filmindən bir misradan istifadə edərək, "Missiya böyük ölçüdə yerinə yetirildi. Hasta la Vista, baby" deyib.

O, parlamentdəki vida nitqində onun yerini tutacaq yeni Baş nazirə bəzi məsləhətlər verib.

Qeyd edək ki, Boris Conson iyulun 7-də hakim Mühafizəkarlar Partiyasının liderliyindən istefa verdiyini və yeni lider seçilənə qədər Baş nazir vəzifəsini davam etdirəcəyini açıqlayıb.

Milli.Az


Etiketlər:  Conson sonuncu dəfə parlamentdə çıxış etdi Hasta la Vista baby VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ