Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xorvatiya millisinin heyəti açıqlandı

Xorvatiya millisinin heyəti açıqlandı

Tarix: 23 Sentyabr 2019 16:32

Azərbaycan millisinin Avro-2020-nin seçmə mərhələsində rəqiblərindən olan Xorvatiya yığmasının Macarıstan və Uelslə qarşılaşacağı oyunlar üçün heyəti açıqlanıb.

Qol.az Xorvatiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, “Barselona”nın futbolçusu İvan Rakitiç yenidən milliyə dəvət olunub:

Qapıçılar: Lovre Kaliniç (“Aston Villa”, İngiltərə), Dominik Livakoviç (“Dinamo” Zaqreb), Simon Sluqa (“Luton”, İngiltərə)

Müdafiəçilər: Domaqoy Vida (“Beşiktaş”, Türkiyə), Deyan Lovren (“Liverpul”, İngiltərə), Tin Yedvay (“Bayer”, Almaniya), Borna Barişiç (“Reyncers”, Şotlandiya), Matey Mitroviç (“Brügge”, Belçika), Karlo Bartoleç (“Kopenhagen”, Danimarka), Mile Şkoriç (“Osiyek”), Dario Melnyak (“Rizəspor”, Türkiyə)

Yarımmüdafiəçilər: Luka Modriç (“Real”, İspaniya), İvan Rakitiç (“Barselona”, İspaniya), Mateo Kovaçiç (“Çelsi”, İngiltərə), Milan Badel (“Fiorentina”, İtaliya), Marselo Brozoviç (“İnter”, İtaliya), Mario Paşaliç (“Atalanta”, İtaliya), Nikola Vlaşiç (ÇSKA, Rusiya)

Hücumçular: İvan Perişiç (“Bavariya”, Almaniya), Ante Rebiç (“Ayntraxt”, Almaniya), Yosip Brekalo (“Volfsburq”, Almaniya), Bruno Petkoviç, Mislav Orşiç (hər ikisi “Dinamo” Zaqreb).

Ehtiyat oyunçular: Marko Roq (“Kalyari”, İtaliya), Miyo Cakdaş, Filip Bradariç (hər ikisi “Hayduk”), Dino Periç (“Dinamo” Zaqreb).

Qeyd edək ki, Xorvatiya millisi Avro-2020-nin seçmə mərhələsində oktaybrın 10-da Macarıstan, 13-də isə Uelslə qarşılaşacaq.

 


Etiketlər:  Xorvatiya millisinin heyəti açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ