Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2022 08:04
Novosibirskdən Bakıya birbaşa uçuşlar həyata keçirən yeganə aviaşirkət olan "İraero" bu marşrut üzrə reyslərə tələbatın yüksək olması səbəbindən uçuşların tezliyini həftədə iki dəfədən beş dəfəyə çatdırmaq qərarına gəlib.
Bu barədə aviaşirkətin mətbuat xidmətindən bildiriblər.
"2022-ci il avqustun 1-dən "İrAero" aviaşirkəti həftədə 5 dəfə Novosibirsk - Bakı (Azərbaycan) - Novosibirsk marşrutu üzrə beynəlxalq uçuşlar həyata keçirəcək. Uçuşlar bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri "Superjet 100" təyyarələri ilə həyata keçiriləcək. Bir tərəfə biletin qiyməti - 17 000 rubldan", - deyə mətbuat xidmətindən bildirilir.