Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2022 08:56
Portuqaliyada anomal istilər 1 065 nəfərin ölümünə səbəb olub.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Ölüm statistikası 7-18 iyul tarixlərini əhatə edir.
Yüksək temperaturun artması ilə bağlı yaxın günlərdə daha çox ölüm ehtimalının olduğu bildirilib.
Portuqaliya Dəniz və Atmosfer İnstitutunun məlumatına görə, ölkədə havanın temperaturu yüksək yanğın riski səviyyəsində qalır.
Ölkə ərazisinin 80 faizində quraqlıq hökm sürdüyü halda, hazırda davam edən 13 yanğın səbəbindən yüzlərlə yaşayış məntəqəsi alov təhlükəsi altındadır.