Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2019 16:56
Bakı. Trend:
“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə pasiyentləri tərəfindən sevilən, təcrübəli kardioloq Günay Məmmədovanı təqdim edirik.
Dr. GÜNAY MƏMMƏDOVA Mərkəzi Gömrük Hospitalında EKG, holter monitorinqi, fiziki yük sınağı, exokardioqrafiya, transezofagial EXO (TEE), stress exokardioqrafiya, ambulator qan təzyiqi monitorizasiyası və kardioversiya ilə ürək-damar xəstəliklərinin müalicəsini həyata keçirir.
Dr.Günay Məmmədova 2004-2010-cu illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsində təhsil almış, 2010-2011-ci illərdə Respublika Kliniki Xəstəxanasında kardiologiya ixtisası üzrə internatura keçmiş, 2014-cü ildə Türkiyənin İstanbul şəhərində Maltepe Universitetinin Tibb fakültəsində exokardioqrafiya və kliniki kardiologiya üzrə təkmilləşdirmə kursu keçib.
Əmək fəaliyyətinə 2012-ildə başlamış və 2015-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında həkim-kardioloq çalışır. Dr. Günay Məmmədova 2016-cı ildə Türkiyə Kardioloji Birliyinin Birinci Bakı simpoziumunda, 2018-ci ildə Azərbaycan Kardiologiya Cəmiyyətinin VII Milli konqresində, 2019-cu ildə Avropa Kardioloqlar Cəmiyyətinin Fransanın paytaxtı Parisdə keçirilən Beynəlxalq Kardiologiya (ESC 2019) konqresində iştirak etmişdir.
Dr. Günay Məmmədova Türkiyə Kardiologiya Cəmiyyətinin, Avropa Kardiologiya Cəmiyyətinin və Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvüdür.
Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/gunay-mammadova/
Dr. Günay Məmmədovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin