Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2019 17:15
Bakı. Trend:
Buzovna çimərliyində keçirilən aksiya "ASAN xidmət", Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.
Azərbaycan Dövlət Reklam Agentliyindən (ADRA) Trend-ə verilən məlumata görə, aksiya zamanı sahilyanı ərazi tullantılardan təmizlənib.
Yüzlərlə iştirakçının qoşulduğu builki tədbirin keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir. ADRA da layihəyə dəstək olaraq açıq məkandakı reklam bilbordlarında aksiyaya dair sosial reklamların yayımını təşkil edib.
Qeyd edək ki, Beynəlxalq Sahilyanı Təmizlik Günü su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı aksiyadır. Hər il 21 sentyabr tarixində dünyanın 100-dən çox ölkəsində təşkil olunan təmizlik aksiyalarında on minlərlə insan könüllü olaraq sahilyanı əraziləri tullantılardan təmizləyir. 9 ildir ki, Azərbaycanda da Beynəlxalq Sahilyanı Təmizlik Günü qeyd olunur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin