Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2022 14:38
İspaniyanın Maqaluf kurortunda istirahət edən britaniyalı turist otel otağında həmyerlisi tərəfindən zorlanıb.
Sonxeber.net bildirir ki, təfərrüatları The Sun yayıb.
Hadisə iyulun 15-də baş verib. Adı açıqlanmayan gənc qadın məşhur turist küçəsi Punta Ballenada yerləşən gecə klubunda keçirilən əyləncədə başqa bir britaniyalı turistlə tanış olub. Qızın hüquq-mühafizə orqanlarına verdiyi məlumata görə, o, mehmanxana otağında huşunu itirib.
Qız ayılanda hiss edib ki, dünənki tanışı onun üstündə uzanıb. Britaniyalı qadın zorlama barədə dərhal polisə məlumat verib. Şübhəli ertəsi gün həbs edilib. Kişi qurbanla cinsi əlaqədə olduğunu etiraf edib, lakin iddia etdiyi kimi, hər şey qarşılıqlı razılaşma əsasında olub. Faktla bağlı istintaq davam edir.
İrfan Vəliyev