Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qazilərə psixoloji yardım hər zaman lazımdır - VİDEO

Qazilərə psixoloji yardım hər zaman lazımdır - VİDEO

Tarix: 21 Iyul 2022 15:46

2020-ci ildə yaşadığımız şanlı zəfər tariximiz bütün dünya ictimaiyyətinin diqqət mərkəzində oldu. Cəmi 44 günə qazanılan qələbə dünya hərb tarixinə də qızıl hərflərlə yazıldı. azərbaycan ordusu öz yurdunu işğaldan azad etdi. Əbəs yerə bunu xatırlatmırıq. müharibədən sonra mətbuatda və sosial şəbəkələrdə döyüşlərdə iştirak edənlərin, qazilərin  travmadan sonrakı  sarsılmaları və stresə düşmələri ilə bağlı xəbərlər yayılır. Mühariba veteranları və mütəxəssislər deyirlər ki, qazilərin posttravmatik sindiromu dünyada baş verən bütün müharibələrdən sonra yaşanıb.

''Müharibə çox ağır və mürəkkəb bir hadisədir. Orda yaşananları tez bir zamanda unutmaq mümkün deyil''.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bunu Birinci Qarabağ müharibəsi qazisi Rey Kərimoğlu müharibədən sonra iştirakçıların və qazilərin cəmiyyətə adaptasiyasından danışarkən deyib. O bildirib ki, 44 gün ağır artilleriyadan açılan atəş səslərinin fonunda canlı döyüşləri görənlərin hansı əzab və stres keçirdiklərini yalnız onu yaşayanlar bilər.

Rey Kərimoğlu deyir ki, dövlət müharibə iştirakçıları, qazilər və şəhid ailələrinə kifayət qədər dəstək göstərir. Amma burda tək dövlətin yox, cəmiyyətin də üzərinə yük düşür. Qazilərə hörmətlə yanaşmaq, onların qayğıları ilə maraqlanmaq lazımdır.

Dünyada təcrübəsində də var ki, müharibədən sonra da müharibə iştrakçıları arasında post-travmatik stresə düşənlər olur. Müharibə veteranlarının döyüşlərdə aldıqları travmanın təsirindən zehni, emosional və mənəvi zədələrlə özünü büruzə verən sindromun diaqnozu ilk dəfə ABŞ-da qoyulub.

1955-1975-ci illərdə baş vermiş Vyetnam müharibəsində iştirak etmiş hərbçi və əsgərlərin bir çoxu öz evlərində dünyalarını dəyişdilər. Bu, o deməkdir ki, müharibə yaşayan ölkələrdə iştirakçıların cəmiyyətə adaptasiyaları və normal həyata qayıtmaları müəyyən vaxt alır. Bu müddət ərzində isə bütövlükdə cəmiyyət olaraq onlara dəstək olmalıyıq.

Milli.Az


Etiketlər:  Qazilərə psixoloji yardım hər zaman lazımdır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ