Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Berlindən PESSİMİST PROQNOZ: "Rusiyaya etibar edə bilmərik"

Berlindən PESSİMİST PROQNOZ:

Tarix: 21 Iyul 2022 21:08

Almaniya və Aİ ölkələri Rusiyanın "Şimal axını 1" qaz kəmərini bağlamaq qərarına gələcəyi təqdirdə hazır olmalıdır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə CNN Almaniyanın vitse-kansleri Robert Habekin cümə axşamı, verdiyi açıqlamaya istinadla məlumat yayıb.

O, "Qazprom"un Rusiyadan Almaniyaya qaz tədarükünü bərpa etməsindən sonra "Şimal axını 1" və Almaniyadakı qaz vəziyyəti ilə bağlı video zəng zamanı deyib: "Biz "Qazprom"un öhdəliklərinə etibar edə bilmərik".

Onun sözlərinə görə, 40 faizlik qaz ehtiyatı qarşıdan gələn qış üçün kifayət etmir.

"Rusiya Avropa və Almaniyanı şantaj etmək üçün həddən artıq güc tətbiq edir", - Habek əlavə edib.

Xatırladaq ki " Şimal axını 1" vasitəsilə qazın nəqli iyulun 21-i bərpa edilib. Qaz kəməri on günlük təmirdən sonra istismara başlayıb.

Bundan öncə Federal Şəbəkə Agentliyinin rəhbəri Klaus Müller bildirmişdi ki, Almaniya Rusiyadan mavi yanacaq almaqdan imtina etdikdən sonra iki qış daxili bazarda qaz qıtlığı təhlükəsi ilə yaşamalı olacaq.

Milli.Az


Etiketlər:  Berlindən PESSİMİST PROQNOZ Rusiyaya etibar edə bilmərik


RƏYLƏR