Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2022 23:03
Ey Müfəzzəl! Bədənin qidalanması və onda gizlənən hikmətlər haqda yaxşı fikirləş. Qida əvvəl mədəyə daxil olur. Mədə onu həzm edir. O, vaxt onun şirəsi qidanın çox xırda və nazik bir məcrasının yolu ilə qara ciyərə yetişir.
Bu xırda məcra qəliz bir şeyin ona yol tapmaması üçündür. Ciyər onu qəbul edir, onu qana çevirir və damarların yolu ilə onu bütün bədənə yetirir.
Necə ki, yerdə olan çaylar suyu dünyanın hər tərəfinə yetirir. Bədəndə olan artıq və bulaşıq maddələr özünə məxsus qablarında qərar tutur.
Kor bağırsağa aid olanlar kor bağırsağa tərəf, rütubətə aid olanlar sidik kisəsinə tərəf gedir. Bədənin quruluşunda olan ilahi hikmətə nəzər et. Gör bədənin hər üzvü öz yerində necə qərar tutmuşdur.
Allah-Taala bədəndəki "qablar"ı elə qoymuşdur ki, artıq və bulaşıq maddələri özünə toplasın. Əgər bu maddələr bədənə yayılsa, bədəni xəstə və zəif edər.
"Nə uca məqamlıdır o kəs ki, təqdiri gözəl edib və tədbiri möhkəm etdi. "Ona, layiqincə şükür olsun".