Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2019 15:36
Çempionlar Liqasının yarımfinalında səfərdə "Tottenhem"ə qalib gələn "Ayaks"ın kapitanı Matteys de Liqt rekorda imza atıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, 19 yaşlı müdafiəçi avrokuboklar tarixində yarımfinalda oynayan ən gənc kapitandır. Hollandiyalı futbolçu 19 yaş 261 günlüyündə bu göstəriciyə nail olub.
Qeyd edək ki, "Ayaks"ın yetirməsi olan Hollandiya millisinin üzvü ilə "Barselona", "Yuventus" və "Bavariya" maraqlanır.