Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İradə: ''Ürəyimin istəmədiyi ilə bir yerdə olmamağı seçdim'' - FOTO

İradə: ''Ürəyimin istəmədiyi ilə bir yerdə olmamağı seçdim'' - FOTO

Tarix: 22 Iyul 2022 16:50

"Bu həyatda hər şey əmək, səbr, cəhd istəyir. İş də, ailə də, övlad da, dost-tanış da, bağçandakı çiçəklərin, hər şey... Hamısı var, min şükür. Hələ o səbr var, heç olmadığı qədər çoxaldı və oturdu həyatıma. İnsan çox gözəl böyüyür. Həyat da çox gözəl yonur insanı. Özümdən bilirəm".

Sonxeber.net Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan müğənni İradə İbrahimova sosial şəbəkə hesabında yazıb.

Fərqli görünüşdə yeni fotolarını yayımlayan sənətçi ailə qurduqdan sonra həyatının dəyişdiyini açıqlayıb.

"İstəmədiyim insanlarla söhbət etməkdən zövq almadığımı, daha çox bağışladığımı, tez qərar verməməyi, fikir bildirməməyi, səssiz qalmağı, dalaşmamağı, fərqli olan hər şeyə xoş baxan olmağı, xoşbəxtliyimin, iç rahatlığımın olduğunu və ürəyimin istəmədiyi biriylə bir yerdə olmamağı seçməyim, azadlığım, məsafələrim, yerimi bilməyi, yaşımın gətirdiyi ağlımı, sakitliyi, dincliyi, "boş ver" deyə bilməyi sevdim mən".

Qeyd edək ki, İ.İbrahimova 13 il əvvəl 2009-cu ildə ailə həyatı qurub. İradə-Ceyhun cütlüyünün İpək adlı qızı, Əli adlı oğlu var.


Etiketlər:  İradə Ürəyimin istəmədiyi ilə yerdə olmamağı seçdim FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ