Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2022 18:32
Xerson ruslardan azad edildikdən sonra Ukrayna ordusunun Krıma daxil olacağı ehtimal edilir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu fikri hərbi ekspert Oleq Jdanov deyib.
Onun sözlərinə görə, bunun üçün çoxlu qüvvələr tələb olunacaq - Ukrayna qoşunlarının bir hissəsi şərqə, digər bölmələr isə yarımadaya gedə bilər:
"Əsgərlərin sayı o qədər də çox deyil. Amma qruplaşmanı iki istiqamətə bölmək məcburiyyətindəyiksə - qüvvələrin bir hissəsi Krıma daxil olsa, digəri Donetsk vilayətindən rus qoşunlarının hücumunu dayandırmalı olacaq".