Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saçlarınız tökülürsə, banan maskası edin

Saçlarınız tökülürsə, banan maskası edin

Tarix: 23 Iyul 2022 16:45

Banan kalium, antioksidantlar, təbii yağlar və vitaminlərlə zəngindir. Bu da onu saç tökülməsinə qarşı istifadə edilə bilən ideal vasitə edir.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, banan təkcə saçların tökülməsinin qarşını almır. Eyni zamanda, onları parlaq edir, yumşaldır, kəpəyi aradan qaldırır və nəmləndirir.

Tərkibi: 

2 banan
1 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı kokos yağı
1 xörək qaşığı bal

Bütün inqrediyentləri qarışdırıb baş dərinizdən başlayaraq bütün saça çəkin. Maskanın saçda beş dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

Həmçinin, bananı yaxşıca əzib üzərinə 8 damcı badam yağı əlavə edin. Bu qarışığı saçınıza çəkib, bir saat gözləyin. Sonda soyuq su ilə yuyun. Bu maska da saç tökülməsinin qarşısını əhəmiyyətli dərəcədə alacaq.


Etiketlər:  Saçlarınız tökülürsə banan maskası edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ