Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2022 03:05
Aparıcı Leyla Quliyeva həyat yoldaşı Abbas Quliyevlə yayılan görüntülərindən danışıb.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, birlikdə Xalq artisti Miri Yusifin konsertinə gedən cütlüyün görüntüləri mediada paylaşılmışdı. "10-da görüşək" proqramında qonaq olan aparıcı bunla bağlı sualı cavablandırarkən bunları deyib:
"Məşhur filmimizdə deyir ki, mənim ixtiyarım yoxdur ayda bir dəfə arvadımla bazara gedim? Durduq ailəvi gəldik Miri Yusifin konsertinə. Bunun yayımlanmasının heç bir qəbahəti yoxdur. Amma baxır necə, hansı rakursdan? Əyləşmişik, oturub konsertə baxırıq, deyib-gülürük. Konsertin də konsert davranışı var. Bu, rəsmi qəbul, ziyafət, dini ritual icra olunan yer deyil. Leyla Quliyeva həyat yoldaşı ilə konsertdə" başlığı da var. Səliqəlidir. Yanlış ifadə edənlərə etirazımı bildirdim. Oxunsun deyə elə başlıq qoyurlar ki, adam infarkt keçirir ki, görəsən, nə oldu?".
Qeyd edək ki, cütlüyün iki övladı var.