Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2022 09:45
Türkiyəli aktrisa Songül Öden xəstəxanalıq olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aktrisa "Nomen" serialının çəkiliş meydançasında qəza keçirib. Avtomobilin alovlanması səhnəsinin çəkilişi zamanı maşın qəza rejiminə keçib və hava yastığı açılaraq Songülə dəyib. Oturacağa sıxışan aktrisa qarnından və qolundan zərbə alıb.
O, təcili xəstəxanaya çatdırılıb. Hazırda vəziyyəti yaxşı olan aktrisa evdə müalicə alır.
Xatırladaq ki, Songül eyni zamanda "Atatürk" serialının çəkilişlərində iştirak edir.
Qeyd edək ki, bundan əvvəl aktyor İsmail Hacıoğlunun çəkiliş zamanı yandığı bəlli olub.