Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2019 08:16
Bakı. Trend
Türkiyənin İzmir vilayətində davaya çevrilən mübahisə nəticəsində 3 nəfər yaralanıb.
Trend-in məlumatına görə, dava zamanı naməlum şəxs ov tüfəngindən atəş açıb.
Hadisə yerinə polis və təcili yardım briqadası cəlb edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Yaralılardan birinin vəziyyəti kritik olaraq qiymətləndirilir.
Polis hadisə yerindən qaçan şübhəli bilinən şəxsin tutulması üçün araşdırma aparır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin