Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AKP sözçüsü Ermənistanla münasibətlərin normallaşmasından danışıb

AKP sözçüsü Ermənistanla münasibətlərin normallaşmasından danışıb

Tarix: 25 Iyul 2022 20:38

Ermənistanla münasibətlərin normallaşma prosesinə dair danışıqlar qarşı tərəfin sözünü tutduğu müddət ərzində önəmlidir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, bu proses Azərbaycan və Türkiyə liderlərinin ortaq iradəsi sayəsində baş verib.

O əlavə edib ki, İkinci Qarabağ müharibəsindən sonra bu proses üçün daha uyğun şərait yaranıb.

Çelik, həmçinin, bəzi dövlətlərin və erməni diasporunun Ermənistanı öz təsiri altında tutmaq üçün bu prosesi sabotaj etmək cəhdlərinin olduğunu da vurğulayıb.


Etiketlər:  sözçüsü Ermənistanla münasibətlərin normallaşmasından danışıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ