Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qiymətimi bilən qadınam''

''Qiymətimi bilən qadınam''

Tarix: 26 Iyul 2022 04:25

"İçimdə çox böyük sevgi var". 

Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, bu sözləri müğənni Əminə Şirin "Maqazin Plyus" verilişinə müsahibəsində deyib. 

Növbəti dəfə ailə quracağından söz açan sənətçi özünü öyərək qiymət və dəyərini bildiyini dilə gətirib: 

"Ailə quracağım bir kişi ilk növbədə cəsarətli olmalıdır. İstər qadın, istər kişi olsun, ümumiyyətlə cəsarətsiz insana insan gözü ilə baxmıram. İnsan cəsarətli, ürəkli olmalıdır. Gözəl söz var: "Öz səhvlərimin belə arxasındayam".

Biri var, öz qiymətini bilən qadın, biri də var, öz qiymətini deyən qadın. Bu iki qadın arasında çox böyük fərq var. Mən öz qiymətimi bilən qadınam. Yanımda olan insan da mənim qiymətimi bilməlidir". 

Qeyd edək ki, Əminə Şirin illər əvvəl evli olduğu Kazım Canla qalmaqallı şəkildə ayrılıb. Keçmiş cütlüyün bir qızı var.

Müğənni, həmçinin müsahibələrin birində "Evləndiyim insan cəzaçəkmə müəssisəsində məhbus idi. Toyum həbsxanada olub. Gəlinlik libası geyinmişdim" açıqlaması ilə gündəmə səs salmışdı.


Etiketlər:  Qiymətimi bilən qadınam


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ