Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Quba sakini arvadını və daha üç qohumunu bıçaqlayıb

Quba sakini arvadını və daha üç qohumunu  bıçaqlayıb

Tarix: 26 Iyul 2022 08:46

Quba sakini Xaçmazda arvadını və daha üç qohumunu bıçaqlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Niyazoba kəndində qeydə alınıb.

Quba rayonunun Dağlı kənd sakini Niyaməddin Qiyaməddin oğlu Qədirov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Ülviyyə Teymur qızı Qədirovanı, Xaçmaz rayonunun Niyazoba kənd sakinləri: - qayınanası, 1965-ci il təvəllüdlü Zəkiyyə Nuruyevanı, qaynı, 1997-ci il təvəllüdlü Elçin Teymur oğlu Nuruyevi və baldızı, 1998-ci il təvəllüdlü Röya Teymur qızı Nuruyevanı bıçaqlayıb.

Yaralılar təcili tibbi yardımın köməyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Quba sakini arvadını daha üç qohumunu bıçaqlayıb


RƏYLƏR