Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yusif etirazla qarşılanan konsertdə Anna ilə öpüşdü - VİDEO

Yusif etirazla qarşılanan konsertdə Anna ilə öpüşdü - VİDEO

Tarix: 26 Iyul 2022 12:35

Ötən gün Rusiyanın Xalq artisti Anna Netrebkonun Almaniyadakı konserti baş tutub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Regensburqda keçirilən konsertə görə şəhərdə etiraz aksiyası keçirilib. Çıxışdan əvvəl etirazçılar opera müğənnisinin səhnə alacağı qalanın qarşısına toplaşıblar. Onların əllərində "Anna, Ukraynada xeyriyyə konsertinə necə baxırsan?", "Nyu-Yorkda deyil, Ştutqartda deyil, niyə burada?" sözləri yazılmış plakatlar olub. Buna baxmayaraq konsert baş tutub.

Opera müğənnisi səhnəyə həyat yoldaşı, Xalq artisti Yusif Eyvazov və yerli simfonik orkestrla birgə çıxıb.

Anna özü də hadisəni instaqram hesabında şərh edib:

"Etirazlara cavab! Kim dedi ki, hər şey asan olacaq? Olmayacaq. Konsert təbii ki, baş tutdu: qala divarlarının yanında 30 etirazçı var idi. Zalda tamaşaçıların sayı isə 3000. Müqayisə edirsiniz?  Bu əsnada başqa yerdə qol vuracağam. Təşəkkür edirəm, Regensburq".

Konsertdəki maraqlı məqamlardan biri isə səhnədə Y.Eyvazovun Anna ilə öpüşərək çıxışlarını sonlandırmaları olub.

Qeyd edək ki, Annanın Almaniyanın Ştutqartdakı çıxışı bir müddət əvvəl ləğv olunub.

Onu da qeyd edək ki, Annanın Almaniyanın Hamburq, Köln və Frankfurt-Mayn şəhərlərində də konsertləri olacaq.

Milli.Az


Etiketlər:  Yusif etirazla qarşılanan konsertdə Anna ilə öpüşdü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ