Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bundan sonra o "ata" yaşamağa davam edir" - FOTO

Tarix: 26 Iyul 2022 15:15

17 yaşlı Laçının imtahanda yüksək bal toplamaması səbəbindən valideynlərinin təzyiqi  ucbatından intihar etməsi hadisəsinə bir çox tanınmış sima da reaksiya verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni Elnarə Xəlilovadan sonra aparıcılar Aytən Səfərova və Leyla Quliyeva da bunla bağlı paylaşım ediblər.

A.Səfərova paylaşımında "Heç bir övlad valideyninə görə cavabdeh deyil, lakin hər bir valideyn övladına görə cavabdehdir - həm Allah, həm də bəndələr qarşısında. İndi gedin cavab verin. Görək hansı cavabdan daha yüksək bal toplaya biləcəksiniz, siz necə, bu imtahandan keçə biləcəksinizmi" sözlərini qeyd edib. 

Aparıcı Leyla Quliyeva paylaşımında bunları yazıb:

"Və bundan sonra "ata" yaşamağa davam edir. Yəni bir imtahan insan həyatından önəmlidir?! O qızcığaz qəbul imtahanından kəsilmişdi, sadəcə qəbul imtahanından...". 

Milli.Az


Etiketlər:  Bundan sonra o ata yaşamağa davam edir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ