Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Vaqnerlər'' döyüşməkdən imtina edən Rusiya əsgərlərinə bu çuxurlarda işgəncə verir - Gündəmi SARSAN İDDİA

''Vaqnerlər'' döyüşməkdən imtina edən Rusiya əsgərlərinə bu çuxurlarda işgəncə verir - Gündəmi SARSAN İDDİA

Tarix: 26 Iyul 2022 21:30

"Rusiya Ukraynadakı müharibədə döyüşməkdən imtina edən əsgərlərinə "işgəncə çuxurları"nda əziyyət verir".

Sonxeber.net sfera.az-a istinadən bildirir ki, dünya gündəminə səs salan bu iddia rusiyalı əsgər atalarından birinə aiddir.

Aylardır davam edən Rusiya-Ukrayna müharibəsinin gedişatında xarici mətbuatda Rusiyanın dinc ukraynalı əhaliyə divan tutması, ukraynalı və Ukrayna tərəfində döyüşən könüllü əsgərlərə əsir götürülüdükdən sonra dəhşətli işgəncələr verməsi ilə bağlı xəbərlər yer alıb.

Lakin indi Rusiyanın artıq döyüşmək istəməyən öz əsgərlərinə dair işgəncələri gündəmdən düşmür.

Rusiya vətəndaşı "İnsider"ə bildirib ki, oğlu artıq bir aydır ki, Bryankada Rusiya əsirliyindədir.

Əsgər atasının iddiasına görə, Rusiya döyüşməkdən imtina edən əsgərlərini edamla şantaj edir, bu da nəticə vermədikdə onları zirzəmilərə və qarajlara yığaraq işgəncə verir, sonra isə işgəncə çuxuru adı almış, dar boşluqlara atır. Onun dediyinə görə, döyüşməkdən imtina edən rusiyalı əsgərlərə işgəncə verən isə Putinin şəxsi ordusu kimi tanınan 'Vaqner' qruplaşmasıdır.

Qeyd edək ki, bu, rus əsgərlərinin döyüşmək istəməməsi ilə bağlı ilk xəbər deyil. Belə ki, bir müddət əvvəl Ukraynaya təslim olan rus əsgərlərdən biri aldadıldıqlarını bildirib:

"Ukraynaya girəndə anladıq ki, biz sülhməramlı deyilik. Bizi bura döyüşə göndəriblər".

İyun ayında separatçı "Donetsk Xalq Respublikası"nın 113-cü atıcı alayının bölməsi "Telegram"da video yerləşdirərək, texnika çatışmazlığı, geniş yayılmış xəstəlik və yaralanmalar səbəbindən artıq döyüşə bilməyəcəklərini bildirmişdilər. Bölmənin bəyanatını Rusiyanın yüksək rütbəli rəsmiləri "təxribat" kimi şərh etmişdilər.


Etiketlər:  Vaqnerlər döyüşməkdən imtina edən Rusiya əsgərlərinə çuxurlarda işgəncə verir Gündəmi SARSAN İDDİA


RƏYLƏR