Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2022 11:05
"Yeni söhbətlər eşidirəm ki, model çılpaq olmalı deyil, geyimdə olmalıdır. Bunu söyləyən insanlar savadsızdırlar, çünki model sözünü anlaya bilmirlər".
Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, bu sözləri "Miss Azerbaijan 2019"un qalibi, model Səmra Hüseynova yayımladığı videoaçıqlamada deyib.
Model onu yarıçılpaq halda fotolar çəkdirib sosial şəbəkələrdə paylaşmasını tənqid edən izləyicilərə sərt mesajlar ünvanlayıb.
"Model, rəssam, heykəltaraş, dərzi, dizayner kimi insanların qarşısına onların sifarişi ilə ya çılpaq ya da geyimdə çıxırsan və ekspozisiyasını təqdim edirsən. Mənim yanıma dizayner gəlirsə, onun hazırladığı geyimi təqdim edəcəyəm, amma libas tamamən açıq da ola bilər.
Rəssam məni çılpaq görmək istəyirsə, onu da elə təqdim etməliyəm. Sənətimə qara nöqtə atmalı deyiləm ki, çılpağamsa, deməli mən fahişəyəm. Geyim nədir, modellik nədir, lütfən bunları aydın edin. Avropada belə geyinmirlər... Avropalı modellərin geyimini görməmisiniz? Emili Ratakovski bir nümunədir. Bu qədər qəlbi qara olmayın".