Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2022 14:14
Amerikalı müğənni, bəstəkar Lana Del Rey pərəstişkarın tərəfindən təqib edildiyini bildirib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu barədə TMZ məlumat yayıb. Erik Everardo adlı şəxs ifaçının evinə bir neçə dəf daxil olaraq avtomobilini oğurlamağa cəhd edib. Lana təqiblərlə fevraldan bəri üzləşir. Daha sonra sözügedən şəxs polis tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Lakin təqiblər bununla da bitməyib. Bundan sonra Lana ondan qorxulu məzmunlu məktublar almağa başlayıb. O hətta müğənninin bacısına belə mesajlar yazmağa başlayıb. Ulduz özünün və ailəsinin təhlükəsizliyindən narahat olduğu üçün hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb.
Hazırda Everardonun müğənniyə 90 metrdən yaxın yaxınlaşmaq hüququ yoxdur və ilk məhkəmə iclası gələn aya təyin edilib.