Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aparıcılara Şəbnəm-Damla qadağası

Aparıcılara Şəbnəm-Damla qadağası

Tarix: 27 Iyul 2022 16:55

Müğənni Damla aparıcılara qadağa qoyub.

Milli.Az bildirir ki, axşam.az-ın əldə etdiyi məlumata görə sənətçi verilişlərə gedərkən ona həmkarı Şəbnəm Tovuzlu ilə bağlı sual verilməməsini tapşırıb. Eyni qadağanı Şəbnəmin də qoyduğu ortaya çıxıb. 

Axşam.az-a açıqlama verən Şəbnəm xəbəri təsdiqləyərək bunları əlavə edib:

"Bunu bir çox aparıcı dostuma qadağan etmişəm. Daha doğrusu, qadağa kimi yox, xahiş etmişəm. Proqrama dəvət olunmuşamsa, mənə bir neçə müğənnilər, başda da Damla haqqında sual verilməsin. Onlar haqda danışmaq istəmirəm. Elə suallar verirlər ki, müğənnilərlə salam-sağ olumuz varsa da, qalmır. Bir-birimizin xətrinə dəyir, münasibətimizi tamamilə bitiririkş Ona görə də ən yaxşısı sual verilməməsi və bizim danışmamağımızdır".

Qeyd edək ki, Şəbnəm və Damla arasında uzun müddətdir inciklik var.

Milli.Az


Etiketlər:  Aparıcılara Şəbnəm Damla qadağası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ