Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2022 23:26
Böyük Britaniya səfiri Ceyms Şarp Azərbaycandakı minatəmizləmə işi görən yeganə qadınla bağlı paylaşım edib.
Sonxeber.net xəbər verir ki, bu barədə o, "Twitter" hesabında yazıb:
"Bu mina aşkarlayan idarəçisi Mariadır. O, Azərbaycanda minatəmizləmə komandasında yeganə qadındır. Tezliklə Böyük Britaniya-Azərbaycan əməkdaşlığı nəticəsində Azərbaycanda daha çox qadın minatəmizləmə qrupları olacaq. Onlar bu torpaqlara qayıdan insanların təhlükəsizliyinə mühüm töhfələr verəcək".
Qeyd edək ki, səfir Ceyms Şarp Cəbrayıla səfər edib və burada aparılan minatəmizləmə işləri ilə tanış olub.