Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özünü körpələri ilə binadan atan qadının son vəziyyəti açıqlandı

Özünü körpələri ilə binadan atan qadının son vəziyyəti açıqlandı

Tarix: 28 Iyul 2022 12:22

"İyulun 19-da övladları ilə birlikdə özünü binadan atan qadın övladının müalicə aldığı xəstəxanaya köçürülüb".

Sonxeber.net xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova bildirib.

O qeyd edib ki, qadın TƏBİB-in tabeliyində olmayan xəstəxanaya köçürülüb:

"Həmin xanımın vəziyyəti stabilləşmişdi. Onun palataya köçürülməsi planlaşdırılsa da, ailənin istəyi ilə o, TƏBİB-in tabeliyində olmayan və övladının müalicə aldığı xəstəxanaya köçürülüb".

Qeyd edək ki, iyulun 19-da qadın iki azyaşlı övladı ilə birlikdə özünü beşinci mərtəbədən ataraq intihara cəhd edib. Hadisə nəticəsində azyaşlılardan biri ölüb. 


Etiketlər:  Özünü körpələri ilə binadan atan qadının vəziyyəti açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ