Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Məsələni öz reklamları üçün şişirtdilər'' - Elzadan Gülyanağa - VİDEO

''Məsələni öz reklamları üçün şişirtdilər'' - Elzadan Gülyanağa - VİDEO

Tarix: 28 Iyul 2022 12:45

"Bəzi insanlar elə düşündülər ki, Elza Seyidcahan maddi çətinlikdən efirə çıxıb, yox. Oraya haqsızlığa görə çıxmışdım, mənə təsir etmişdi. Bu məsələ də öz yerini tapdı. İnsan gərək həmin hadisəni yaşasın ki, məni başa düşsün".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Maqazin Plus" verilişinə açıqlamasında deyib. Sənətçi efirdə xalqdan kömək istədiyi üçün onu tənqid edən həmkarı, Xalq artisti Güylayanaq Məmmədovanın bunu gündəmdə olmaq üçün etdiyini bildirib:

"Bəziləri məsələni öz reklamları və gündəmləri üçün şişirtdilər. Eybi yox, bu da belə getsin, reklam olunsunlar. Gülyanağı da öpürəm. Bu hadisəyə görə peşman olmadım, çox insanları qazandım və öz ətrafımdan da az adam itirmədim. O insanlardan uzaqlaşmaq üçün bəhanə tapa bilmirdim, bu hadisə mənə kömək etdi. Uzun illərdir saflığımdan istifadə edənlər var idi. Səhv edirdilər, bağışlayırdım. Amma bu dərəcədə onların saxtakar olduqlarını, içlərindəki ifunəti bilmirdim. Onlar bunu gizlədə bilmədilər, üzə vurdular".

Qeyd edək ki, E.Seyidcahanın anası ona məxsus olan obyekti keçmiş polis əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayevə icarəyə verib. Daha sonra isə onlar icarə üçün müqavilə imzalamadan bundan imtina ediblər. Seyidcahan məkanı geri almaq istəyib, qarşı tərəf isə onları təhdid edərək, obyektin özlərinə aid olduğunu iddia ediblər.

Seyidcahan obyekt üçün 63 min manat ödəməli idi. Buna görə o, "Səni axtarıram" proqramına qatılıb və yardım istəyib. Anası isə evini sataraq, Elzaya həmin pulu verib.


Etiketlər:  Məsələni reklamları üçün şişirtdilər Elzadan Gülyanağa VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ