Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2022 21:10
Gürcüstanın Kobuleti şəhərində "Ajara Textile" tikiş fabrikinin xəstəxanaya yerləşdirilən əməkdaşların sayı 50-yə çatıb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, müəssisənin üç işçisi reanimasiya şöbəsindədir. Həkimlərin bildirdiyinə görə, pasiyentlərin hamısında eyni simptomlar - ümumi halsızlıq, başgicəllənməsi, ürək bulanması, sürətli ürək döyüntüsü müşahidə edilir. Zəhərlənməyə nəyin səbəb olduğu hələ dəqiq bilinmir.
Fabrik rəhbərliyi müəssisə ərazisində qaz sızmasının baş verdiyini istisna edir.